İctimai yerdə 11 koronavirus xəstəsi saxlanıldı

İctimai yerdə 11 koronavirus xəstəsi saxlanıldı

Hazırda oxunan: İctimai yerdə 11 koronavirus xəstəsi saxlanıldı

7655

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən yanvarın 6-da respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 10-u yaşadıqları evlərə qaytarılıb, sağlamlıq vəziyyəti ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Daha 4 koronavirus xəstəsinə cinayət işi açıldı

Koronavirus xəstəsi postda saxlanıldı


Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 9 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.

Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO