Nabran yolunda dəhşətli qəza: YARALILAR VAR

Nabran yolunda dəhşətli qəza: YARALILAR VAR

Hazırda oxunan: Nabran yolunda dəhşətli qəza: YARALILAR VAR

76503

Xaçmaz-Xudat-Nabran yolunda "Opel" markalı avtomobilin divara çırpılması nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Xaçmaz Rayon Mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rəhimə Şirinovanın Bizim.Media-ya verdiyi məlumata görə, qəza nəticəsində avtomobildə olan Bakı sakinləri, 38 yaşlı Samir Qurban oğlu İsayev və onun qardaşı, 43 yaşlı Elnur İsayev, həmçinin 54 yaşlı Cavid Əliheydər oğlu Fərmanov müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Onlar ilkin tibbi yardımdan sonra təcili yardım avtomobili ilə Bakıdakı xəstəxanaların birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO