Hərbçilərin sığortası bu qayda ilə tənzimlənəcək

Hazırda oxunan: Hərbçilərin sığortası bu qayda ilə tənzimlənəcək

76452

Azərbaycanda hərbçilərin sosial sığorta sistemində fərdi uçotunun aparılması qaydası müəyyənləşir.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları və işçiləri, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçiləri və "Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunun isə kağız daşıyıcılar vasitəsilə aparılması, elektron informasiya sistemində əks olunmayan məlumatların sosial sığorta ödəmələrində nəzərə alınması üçün sığortaçı tərəfindən sığortaolunandan müvafiq məlumatları kağız daşıyıcılarda tələb edilməsi təklif olunur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO