Xaçınçaydakı daşqın əkin sahələrinə ciddi ziyan vurub 

Xaçınçaydakı daşqın əkin sahələrinə ciddi ziyan vurub 

Hazırda oxunan: Xaçınçaydakı daşqın əkin sahələrinə ciddi ziyan vurub 

76336

Xaçınçayın daşması nəticəsində Tərtərdə 100 hektar əkin sahəsinə ziyan dəyib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçınçayından gələn güclü sel suları rayonun Hüsənli kəndində 35 hektar pambıq, 25 hektar yonca, 40 hektar arpa və buğda olmaqla ümumilikdə 100 hektar əkin sahəsini basıb, təsərrüfatlara güclü ziyan dəyib.  

Rayon rəsmiləri Fövqəladə hallar komissiyasının üzvləri ilə birlikdə həmin ərazidə olub.

Xüsusi texnikalar vasitəsilə müxtəlif istiqamətlərdə kanallar açılaraq sel sularının yenidən Xaçınçayına axıdılması təmin edilib. Hazırda sel suları əkin sahələrindən kənarlaşdırılır.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO