Təbii qazdan qanunsuz istifadə edən MTK aşkarlandı - VİDEO

Təbii qazdan qanunsuz istifadə edən MTK aşkarlandı - VİDEO

Hazırda oxunan: Təbii qazdan qanunsuz istifadə edən MTK aşkarlandı - VİDEO

76202

Bakıda qaz təchizatından qanunsuz istifadə edən MTK aşkarlanıb.

Bizim.Media xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin tapşırığı ilə 2021-ci ilin oktyabr ayından İstehlakçılara satılan qaza nəzarət şöbəsinin tabeliyində yaradılan müvəqqəti işçi qrupu, fərdi yaşayış evlərində, hündürmərtəbəli binalarda qaz təsərrüfatına qanunsuz müdaxilə hallarının qarşısını almaq məqsədilə reydlər həyata keçirir.

Birlik əməkdaşları tərəfindən may ayının 24-ü paytaxtın Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən “Bakı 2010” adlı çoxmərtəbəli binanın qazanxanasına baxış keçiriən zaman qanunsuz müdaxilə halı aşkar edilib.

Kənar müdaxilə aşkar olunduqdan sonra dərhal Birlik əməkdaşları həmin ünvana cəlb olunub. Qaynaq vasitəsilə qanunsuz birləşmə ləğv edilib.

Qanunsuz birləşmə ilə bağlı dəymiş ziyan hesablanacaq və müvafiq addım atılacaq.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO