Dövlət tərəfindən uşaq bağçalarına bütün zəruri ərzaqlar ayrılır. Amma bu qidalar uşaqlara çatmır. Belə bir problemin Şabran rayonu 1 saylı körpələr evində olduğu ortaya çıxıb.
Təhsil eksperti Kamran Əsədov sözügedən bağçadan ürəkdağlayıcı görüntülər paylaşıb.
Görüntülərdən aydın olur ki, körpələrə günorta və axşam yeməyində yalnız hissələrə bölünmüş peçenye və çörək verilir. Ekspertin qeyd etdiyinə görə uşaqlar aclıqdan bağçada ağlayırlar.
Məsələ ilə bağlı Şabran rayonu 1 saylı körpələr evi ilə əlaqə yaratdıq. Zəngimizə cavab verən xanım bağça müdirinin və müvainlərinin yerində olmadığını bildirib.
Qeyd edək ki, Şabran rayonu 1 saylı körpələr evinin rəhbəri Lalə Qədəşovadır.
Mövzunu diqqqətdə saxlayacağıq...
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:36 / 25.05.2022
Şabran uşaq bağçasında RƏZALƏT – FOTOFAKT
Hazırda oxunan: Şabran uşaq bağçasında RƏZALƏT – FOTOFAKT
Hazırda oxunan: Şabran uşaq bağçasında RƏZALƏT – FOTOFAKT
76152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.