Azərbaycan vətəndaşları hansı ölkələrə vizasız gedə bilər? – YENİ SİYAHI

Azərbaycan vətəndaşları hansı ölkələrə vizasız gedə bilər? – YENİ SİYAHI

Hazırda oxunan: Azərbaycan vətəndaşları hansı ölkələrə vizasız gedə bilər? – YENİ SİYAHI

75965

Artiq ilbəil azərbaycanlıların vizasız səyahət etmək imkanı əldə etdiyi ölkələrin siyahısı genişlənir. 

Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi ölkələri iki qrupa bölmək olar. Birinci qrupa səfər üçün viza tələb olunmayan, ikinci qrupa isə viza giriş zamanı verilən ölkələr aiddir.

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılıqlılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilib:

“Rusiya Federasiyası, Türkiyə, Gürcüstan, Ukrayna, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus kimi ölkələrdə viza müddəti 90 gün təşkil edir. Məhz bu ölkələrə vətəndaşlarımız ümumvətəndaş pasportu ilə səyahət edə bilərlər. 

Azərbaycan və Türkiyə prezidentləri arasında bu mövzuda imzalanan sonuncu müqaviləyə əsasən, Azərbaycan vətəndaşları Türkiyəyə öz şəxsiyyət vəsiqələri ilə gedə bilirlər.

Vizasız səyahət edə biləcəyimiz ölkələr arasında Qətər də var. Lakin burada viza müddəti 30 gündür.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilən ölkələr isə bunlardır:

Serbiya, Monteneqro, Bosniya və Herseqovinaya səyahət etmək istəyən vətəndaşlarımız üçün viza müddəti 90 gün, Malayziya

(ümumvətəndaş, diplomatik, xidməti passport ilə) 30 gün, Honq-Konq 

(Çinin Xüsusi inzibati ərazisi yalnız diplomatik və xidməti pasport) -14 gün,

Livana səyahət etmək istəyənlərə isə ümumvətəndaş pasportu ilə 30, diplomatik passport ilə 180, xidməti passport ilə 90 gün viza müddəti verilir.

Qonşu İrana vizasız səyahət edən vətəndaşlarımız isə orada cəmi - 15 gün qala bilərlər.

Azərbaycan vətəndaşlarından səfər üçün viza tələb olunmayan ölkələrin siyahısı:

Albaniya
Antiquda Barbuda
Baham Adaları
Barbados
Belarus 
Bosniya və Hersoqovina
Ekvador
Fələstin
Gürcüstan
Haiti
İndoneziya
İran
Kolumbiya
Qazaxıstan 
Qətər
Qırğızıstan
Makedoniya
Malayziya
Mikroneziya
Moldova
Montoneqro
Namibiya
Özbəkistan
Rusiya
Sent –Vintsent və Qrenadin
Tacikistan 
Türkiyə
Ukrayna

Viza giriş zamanı verilən ölkələrin siyahısı:

Banqladeş
Boliviya
Cibuti
Dominika
İordaniya
Kamboca
Kabo –Verde
Qəmər adaları
Qvineya Bisao
Livan
Laos
Makao
Malavi 
Maqadaskar
Marşal adaları
Maldiv adaları
Mavritaniya
Mozambik
Mavrikiy
Nepal
Nikaraqua
Palau
Nepal
Ruanda
Samoa
Seyşel adaları
Şərqi Timor
Toqo
Tanzaniya
Tuvalu
Uqanda
Yamayka
Zimbabve

Qeyd edək ki, asanlaşdırılmış elektron viza verən ölkələri də nəzərə alsaq, Azərbaycan vətəndaşlarının ənənəvi qaydada viza almadan gedə bildikləri ölkələrin sayı 66-dır. 

Aldığımız digər rəsmi olmayan məlumatda bildirilir ki, bu il ərzində vizasız gedə biləcəyimiz ölkələrin siyahısına yeniləri də əlavə olunacaq. Hazırda bu istiqamətdə işlər aparılır.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO