Bu il Azərbaycanda yüksək qiymət artımları müşahidə edilir. Aparılan qiymət müayinələri göstərir ki, 2022-ci ildə bütün rayon və şəhərlərdə yüksək bahalaşma qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bəzi rayon və şəhərlərdə bahalaşma daha çox olub və respublika üzrə orta göstəricini ötüb.
Qeyd edək ki, Azərbaycanda 2022-ci ilin yanvar-aprel ayları ərzində bahalaşma 12,4 faiz olub.
Sfera.az-ın məlumatına görə, qiymətlərin artım sürətinə görə ilk yerdə Qax rayonu dayanır. Bu rayonda son bir ildə qiymətlər 24,9 faiz artıb.
Qaxda qiymətlərin belə böyük sürətlə artması bütün məhsul qrupları üzrə qeydə alınıb. Ərzaqlarda qiymət artımı 28,6 faiz, qeyri-ərzaqlarda 18,4 faiz, pullu xidmətlərdə isə 24,8 faiz bahalaşma olub.
Bahalaşmaya görə ikinci yerdə Ağstafa rayonu gəlir. Bu rayonda qiymətlər 18,5 faiz artıb. Ağstafada yüksək bahalaşma ərzaq (24,7 faiz) və pullu xidmətlərlə (18,6 faiz) bağlıdır.
Bu il Masallı (17,9 faiz), Tərtər (17,7 faiz), Xaçmaz (17,1 faiz), Abşeron (16,9 faiz) rayonları da qiymətlərdə artımın yüksək olması ilə seçilib.
Ən aşağı qiymətlər isə həmişə olduğu kimi Naxçıvan Muxtar Respublikasında baş verib. Naxçıvanda qiymətlər cəmi 5,9 faiz artıb.
Muxtar Respublikadan başqa, Xızı rayonunda (6,8 faiz) da zəif qiymət artımı olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:54 / 23.05.2022
Ən böyük bahalaşma bu il hansı rayondadır?
Hazırda oxunan: Ən böyük bahalaşma bu il hansı rayondadır?
Hazırda oxunan: Ən böyük bahalaşma bu il hansı rayondadır?
75802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.