Azərbaycanda Kommunist partiyası ləğv edilə bilərmi? - Fazil Mustafanın CAVABI

Azərbaycanda Kommunist partiyası ləğv edilə bilərmi? - Fazil Mustafanın CAVABI

Hazırda oxunan: Azərbaycanda Kommunist partiyası ləğv edilə bilərmi? - Fazil Mustafanın CAVABI

75385

Xəbər verdiyimiz kimi, Ukrayna Ali Radasının qərası ilə ölkədə fəaliyyət göstərən kommunist partiyalarının fəaliyyətləri qadağan edilir. Ukraynada verilən bu qərar digər post-sovet ölkələrində, eləcə də Azərbaycanda da kommunist ideologiyasının daşıyıcısı olan siyasi təşkilatların ləğvi ilə bağlı çağırışların artmasına səbəb olub.

İstər siyasi-ictimai xadimlər, istərsə də sosial şəbəkə istifadəçiləri arasında xeyli sayda şəxs kommunist partiyalarının ləğvi ideyasına dəstəyini ifadə edib.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə fərqli düşünür.

Onun sözlərinə görə, kommunist partiyalarının ləğvi doğru qərar olmazdı:

“Əgər birini ləğv etsən, səhər biri də durub deyəcək ki, millətçi yönümlüləri ləğv edək, digəri deyəcək islamyönümlüləri ləğv edək. Təhlükə təkcə kommunistlərdən gəlmir ki. Bəzən dini cərəyanlardan və başqa yerlərdən təhlükə gələ bilər. Burada ləğv etmək məntiqli məsələ deyil. Konstitusiyaya uyğun hər partiyanın fəaliyyətini dəstəkləmək lazımdır. Konstitusiyaya uyğun olmayıb, terrorçuluğu və başqa dövlətlərin maraqlarını dəstəkləyənləri ləğv etmək olar”.
 

MÖVZU İLƏ BAĞLI:

Kommunistlərin lideri: “Ruslar razılaşmanın tələblərini tam yerinə yetirmir”


Deputatın fikrincə, kommunist, yaxud dini düşüncəni daşıyanları öz ideologiyalarına görə nəyəsə məruz qoymaq çıxış yolu deyil:

“Təbii ki, ləğv etmək, yəni pis-mənfi demarş kimi bunu göstərmək olar. Amma bu sonradan başqa münasibətləri zədələməklə onları yeraltına göndərir və bu daha təhlükəlidir. Azərbaycan Kommunist Partiyası neçə nəfərdən ibarətdir, nə qədər üzvü var? Ümumiyyətlə, Azərbaycanda kommunist ideologiyası mövcuddurmu? Xeyr. 5-6 nəfərin əlində möhür tutub “mən kommunist partiyasını təmsil edirəm” məsələnin həlli demək deyil”.

Fazil Mustafa qeyd edib ki, partiyanı ləğv etmək yerinə hüquqi çərçivənin müəyyən edilməsi daha doğru olardı:

“Azərbaycanda, iqrçilik, faşizm, kommunizmin daşıyıcıları terrorizmi təbliğ edirsə, onların fəaliyyəti qadağandır. Əks haldaq qadağa çıxış yolu deyil. Rəqabət mühiti yaradılmalıdır ki, xalq istədiyi ideologiyanın ardınca getsin. Bu ideyalar ölkəmizdə populyar deyil, heç sovet dönəmində də Azərbaycanda ciddi kommunistlər çox olmayıb”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO