Krım Ukraynaya qaytarıla bilər? – Zərdüşt Əlizadənin PROQNOZU

Krım Ukraynaya qaytarıla bilər? – Zərdüşt Əlizadənin PROQNOZU

Hazırda oxunan: Krım Ukraynaya qaytarıla bilər? – Zərdüşt Əlizadənin PROQNOZU

74793

Moskvanın Ukraynaya qarşı aqressiyası MDB məkanında ona bağlı olan bəzi separatçı bölgələrdə Rusiyaya birləşmək xülyasının baş qaldırmasına rəvac verib. Belə ki, iyulun 17-də separatçı Cənubi Osetiyada bölgənin Rusiyaya “birləşdirilməsini” özündə ehtiva edən referendum keçiriləcək. 

Qeyd edək ki, bundan əvvəl, Moskvanın Ukraynaya hücumunun ilk günlərində həmin ideya Luqansk separatçıları tərəfindən irəli sürülmüşdü. 

Rusiya hazırda separatizmlə üzləşərək ərazilərinin bir hissəsini itirən keçmiş SSRİ respublikalarına daha kəskin şəkildə təzyiq etmək üçün hərbi təcavüzlə yanaşı, bu kimi metodlardan da “yararlanmağa” çalışır. Amma bu münaqişələrin iki başı var və nəticələr müvəqqəti xarakter daçıyır. Heç bir ölkə ərazilərinin itirilməsi ilə barışmayacaq, ona görə də qarşıdurmalar məntiqi sonucuna çatana kimi davam edəcək.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Zərdüşt Əlizadə bildirir ki, postsovet məkanındakı qondarma qurumların taleyi Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan dövlətinin gücündən və Rusiyanın zəifləməsindən asılıdır
 

MÖVZU İLƏ BAĞLI:

“Ukrayna Krım və Donbası geri ala bilər” – ABŞ diplomatı


Moskvanın zəifləməsilə bütün bu oyuncaq qondarma qurumların hamısı tarixin arxivinə düşəcək:    

“Yaradılan qondarma rejimlər və indi də onların Rusiyaya birləşmək ideyası bölgəmizdə cərəyan edən siyasi oyunun tərkib hissələridir. Separatçıların indi hansı addım atmasından, Moskvaya birləşib-birləşməmək istəyindən asılı olmayaraq, son nəticə münaqişə tərəflərinin gerçək gücü ilə ölçüləcək. Rusiya Ukraynada məğlub olsa, Tiflis də Cənubi Osetiya ilə Abxaziyaya olan haqqını tələb edəcək.

Bu zaman Cənubi Osetiya separatçılarının hansı qərar çıxarmasının artıq heç bir mənası olmayacaq. Separatçıların atdığı bu kimi qərarların hüquqi qüvvəsi yoxdur.


Anoloji olaraq, Donetsk, Luqansk, Xersonun Rusiyanın ərazisinə çevriləcəyi ilə bağlı ortaya atılan söhbətlər də boşdur. Rusiyanın məğlubiyyəti fonunda bu ərazilər yenidən Ukraynaya qaytarılacaq. Hətta Rusiyanın iqtisadi-siyasi vəziyyəti ağır olsa, Krım da ola bilsin geri qaytarılsın”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO