NATO problemi - Ankara etiraz etdi, İsveç danışıqlara gedir

NATO problemi - Ankara etiraz etdi, İsveç danışıqlara gedir

Hazırda oxunan: NATO problemi - Ankara etiraz etdi, İsveç danışıqlara gedir

74552

İsveç Ankaranın NATO-ya üzv olma planına etirazlarını aradan qaldırmaq üçün diplomatlarını Türkiyəyə göndərəcək. 

Bizim.Media “USNews”a istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Peter Hultqvist SVT dövlət televiziyasına bildirib. 

“Biz Türkiyə ilə müzakirələr aparmaq və dialoq üçün bir qrup diplomat göndərəcəyik ki, bunun necə həll oluna biləcəyini və məsələnin əslində nədən ibarət olduğunu öyrənək” – deyə Hultqvist qeyd edib. 

Məlumat üçün bildirək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətlərinə müsbət baxmayacağını vurğulayaraq, Skandinaviya ölkələrini terror təşkilatlarının qonaq evi adlandırıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO