Şəhriyar Məmmədyarov məğlub oldu

Şəhriyar Məmmədyarov məğlub oldu

Hazırda oxunan: Şəhriyar Məmmədyarov məğlub oldu

74256

Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turniri davam edir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da yarışda növbəti görüşünü keçirib.

Dairəvi sistemlə təşkil olunan yarışın 8-ci turunda ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Lenyer Domingesə 43-cü gedişdə uduzub.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 min ABŞ dollarıdır. Ötən ilki "Superbet Chess Classic"in qalibi Şəhriyar Məmmədyarov olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO