Nadir “Avroviziya\

Nadir “Avroviziya\"da finala yüksəldi - VİDEO

Hazırda oxunan: Nadir “Avroviziya\"da finala yüksəldi - VİDEO

74090

Xəbər verdiyimiz kimi, ötən gün “Avroviziya - 2022”nin ikinci yarımfinalı baş tutub.  

Bizim.Media xəbər verir ki, Azərbaycan finala keçən ölkələr sırasında yer alıb.  

Azərbaycanı təmsil edən Nadir Rüstəmli 4-cü nömrə altında "Fade To Black" mahnısı ilə çıxış edib.  Çıxışlar bitdikdən sonra səsvermə mərhələsi başlayıb.

İştirakçılar arasında ən çox səs toplamış Azərbaycan və digər 9 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib. Həmin ölkələr bunlardır: Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya.

Xatırladaq ki, Böyük Dördlüyə daxil olan ölkələr - Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və ötən ilin qalibi İtaliyə birbaşa final mərhələsində çıxış edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO