Ər tualetdə yaşayan arvadı ilə azyaşlı övladını EVƏ APARDI – RƏSMİ  

Ər tualetdə yaşayan arvadı ilə azyaşlı övladını EVƏ APARDI – RƏSMİ  

Hazırda oxunan: Ər tualetdə yaşayan arvadı ilə azyaşlı övladını EVƏ APARDI – RƏSMİ  

73860

Azyaşlı övladı ilə tualetdə yaşayan ana ilə bağlı problem həll olunub. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Azyaşlı övladı ilə tualetdə yaşayan ana NƏZARƏTƏ GÖTÜRÜLDÜ – VİDEO 


Onun sözlərinə görə sosial şəbəkələrdə görüntüsü yayılan İradə Yusifova və övladının Xırdalanda yerləşən ticarət mərkəzlərindən birinin sanitar-qovşağında yaşaması halı ilə bağlı Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən araşdırma aparılıb:

“Məlum olub ki, İradə Yusifovanın həyat yoldaşı həmin əraziyə gələrək onu və övladını Sumqayıt şəhərində yerləşən mənzilinə aparıb”.

Xatırladaq ki, sosial şəbəkələrdə bir qadının azyaşlı körpəsilə Xırdalan şəhərindəki “Riyad” Ticarət Mərkəzinin tualetində yaşaması ilə bağlı videogörüntü yayılmışdı. 

Qadının hansı səbəbdən küçədə olduğu bəlli deyildi. O,  özügedən ünvanda azyaşlı övladı ilə acınacaqlı durumda yaşayırdı. Məsələ mediada ictimailəşəndən sonra Sosial Xidmətlər Agentliyi problemi nəzarətə götürüb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO