Eldar Əzizovdan BNA ilə bağlı AÇIQLAMA

Eldar Əzizovdan BNA ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Eldar Əzizovdan BNA ilə bağlı AÇIQLAMA

73563

“Bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsində də islahatlar gedir”.

Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

O, Nazirlər Kabinetində yeni əsasnamə hazırlandığını bildirib:

"Yeni qərar qəbul olunub. Vəzifələr bölgüsü aparılır. Yəqin ki, müxtəlif strukturlar arasında vəzifə bölgüsü olacaq: polis, Bakı Şəhər İcra Hakimiyyəti. Bakı Nəqliyyat Agentliyi də artıq yeni formada fəaliyyətə başlayacaq".

BŞİH başçısı bildirib ki, əsasnamə hazır olandan sonra ictimaiyyətə təqdim olunacaq:

"Əsasnamə hazırlandıqdan sonra parkinq və digər sahələrdə də səlahiyyət bölgüsü müəyyənləşəcək ”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO