QHT-lərə ayrılan vəsaitlər hara xərclənir? – Müşahidə Şurasının üzvü Günel Səfərovadan AÇIQLAMA

QHT-lərə ayrılan vəsaitlər hara xərclənir? – Müşahidə Şurasının üzvü Günel Səfərovadan AÇIQLAMA

Hazırda oxunan: QHT-lərə ayrılan vəsaitlər hara xərclənir? – Müşahidə Şurasının üzvü Günel Səfərovadan AÇIQLAMA

73228

“Beynəlxalq təşkilatların fəaliyyətində mənfi tendensiyaların olması bu gün vətəndaş cəmiyyətinin maliyyə resurslarını məhdudlaşdırıb. Ona görə də indi ictimai sferanın vəziyyəti ürəkaçan deyil”.

Bunu Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova Bizim.Media-ya açıqlamasında bildirib.

Ümumiyyətlə, QHT-lərə ayrılan vəsaitlər nələrə xərclənir? Ayrılan vəsait onları qane edirmi? Yoxsa xaricdən maliyyələşməyə üstünlük verilir?
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağın dirçəlişi üçün QHT-lər nə etməlidir? - MÜZAKİRƏ - FOTO


G.Səfərova qeyd edib ki, qeyri-hökümət təşkilatlarının əsl maliyyə mənbəyi qrantlardır: 

“QHT-lər sosial, iqtisadi, təhsil, gender kimi cəmiyyətdə mövcud olan müxtəlif problemlərlə bağlı kiçik layihələr formalaşdırırlar. Bu layihələrin həlli istiqamətində ya yerli, ya da xarici donorlar tərəfindən qrantlar ayrılır. Azərbaycanda 2014-cü ildən etibarən, xarici və beynəlxalq donorların fəaliyyəti qanunvericilikdə kifayət qədər limitləşdirilib. Əgər xaricdən hər hansısa bir “funding”- maliyyə resursu almaq tələb olunursa, bu zaman beynəlxalq təşkilat Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Qanunvericilikdə bu məhdud olsa da, prosedurlar isə lap mümkünsüz edir. Buna görə də QHT-lər müxtəlif xidməti müavilələr bağlamağa məcbur olurlar”.

G.Səfərova sonra bildirib ki, Azərbaycanda QHT-lər üçün donor resursları limitlidir:

“Çünki Gənclər Fondu fəaliyyət göstərir, ayrı-ayrı nazirliklərin yanında qrant müsabiqələrini elan etmək üçün imkanlar və mənim Müşahidə Şurasının üzvü olduğum QHT-lərə Dövlət Dəstəyi Agentliyi var. Agentlik ildə iki dəfə qrant müsabiqəsi elan edir. Yeni proseslərə əsasən, gələcəkdə müxtəlif sahələr üzrə orta, böyük qrant müsabiqələri keçiriləcək. Bu sahələr təhsil, sosial problemlər, beynəlxalq platformalarda Azərbaycanın təmsil olunması, milli dəyərlərin təbliğatı ilə bağlı, gender, ailədaxili, məişət problemlərini əhatə edir”. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO