Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (ВДНХ) “Azərbaycan” pavilyonunda Azərbaycan gerbi milliləşdirilib.
Belə ki, Sovet dövründəki Azərbaycan gerbi dəyişdirilərək müstəqil Azərbaycanın gerbi ilə əvəzlənib.
Qeyd edək ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçmiş 15 Sovet respublikasının milli pavilyonları var. Hər ölkənin binasının görünüşü Sovet dövründəki kimi dəyişiklik edilmədən qalıb. Onlardan fərqli olaraq isə “Azərbaycan” pavilyonunda müstəqil gerbimiz həkk olunub.
Nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib.
Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib.
Nadir memarlıq siması bərpa olunan milli pavilyonda yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür.
Alçina Amilqızı, Bizim.Media

- A-
- A
- A+
Region
13:15 / 07.05.2022
"ВДНХ"-da Azərbaycan pavilyonunun gerbi dəyişdirilib – ÖZƏL FOTO
Hazırda oxunan: "ВДНХ"-da Azərbaycan pavilyonunun gerbi dəyişdirilib – ÖZƏL FOTO
Hazırda oxunan: "ВДНХ"-da Azərbaycan pavilyonunun gerbi dəyişdirilib – ÖZƏL FOTO
73206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.