Abşeronda avtomobil piyadanı öldürdü

Abşeronda avtomobil piyadanı öldürdü

Hazırda oxunan: Abşeronda avtomobil piyadanı öldürdü

72633

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, hadisə mayın 3-ü saat 21:30 radələrində rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Rəşid Mürsəlov idarə etdiyi “Mercedes” markalı avtomobillə Sumqayıt istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada – 1976-cı il təvəllüdlü Yadigar Əmiraslanovu vurub. 
Xəstəxanaya aparılan piyada orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO