“Lavrovun açıqlaması Rusiyada hökumətdaxili parçalanmaya dəlalət edir” – Yəhudilərin cavabı nə olacaq?

“Lavrovun açıqlaması Rusiyada hökumətdaxili parçalanmaya dəlalət edir” – Yəhudilərin cavabı nə olacaq?

Hazırda oxunan: “Lavrovun açıqlaması Rusiyada hökumətdaxili parçalanmaya dəlalət edir” – Yəhudilərin cavabı nə olacaq?

72557

“Burada hansı nasizmdən söhbət gedə bilər ki, Ukrayna özünə yəhudi əsilli birini prezident seçib. Amma Lavrov onu Hitlerlə eyniləşdirir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Britaniyanın “The Sun” nəşri Putinin varisini açıqladı – SƏS YAZISI


Rusiya xarici işlər naziri Sergey Lavrovun yəhudiləri antisemitizmdə ittiham edən açıqlamalarını şərh edən politoloq qeyd edib ki, ilk növbədə, Hitlerin yəhudi kökənli olması belə dəqiq deyil: 

“İkincisi, bu cür olsa belə, hər hansı xalqı bir nümayəndəsinə görə təhqir etmək olmaz. Çünki bu, yəhudilərin boynuna qoyur ki, guya ən böyük antisemitlər yəhudilərdir. Bu da yalandır, heç kim buna rast gəlməyib, bir Lavrovdan başqa. Əgər şovinist axtarışındadırlarsa, öz içlərinə baxsınlar, onlardan Rusiyada kifayət qədər var”.

“Lavrovun bu açıqlaması heç bir elmi əsasa söykənmir. İkincisi, bu Rusiyada hakimiyyət daxilində parçalanmanın olduğuna dəlalət edir. Üçüncüsü, Lavrov burada Rusiya-İsrail münasibətlərinin korlanmasına yönələn bir yol seçib”, - deyə Cümşüd Nuriyev əlavə edib.

Politoloq Lavrovun bu açıqlamasının Rusiya üçün hansı təhlükələri yaratdığına da diqqət çəkib:

“Lavrovun açıqlamalarının başqa bir məntiqi izahını tapmaq mümkün deyil. Lakin Lavrov dünyanın ən böyük media maqnatları olan yəhudiləri qarşısına almaqla Rusiyaya böyük “yaxşılıq” etdi. Bu o deməkdir ki, yəhudilər bu təhqiri qəbul etmədiklərinə görə, Lavrovun üzr istəmək məsələsini gündəmə gətirəcəklər. O da üzr istəməsə daha yaxşı olardı. Çünki o zaman baş verəcəklər Rusiya hakimiyyətinə qarşılarına kimləri aldıqlarını nümayiş etdirəcək”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO