Ömer Kökçam: “TEKNOFEST tufanı bizdə olduğu kimi Azərbaycanda da göyləri “inlədəcək”

Ömer Kökçam: “TEKNOFEST tufanı bizdə olduğu kimi Azərbaycanda da göyləri “inlədəcək”

Hazırda oxunan: Ömer Kökçam: “TEKNOFEST tufanı bizdə olduğu kimi Azərbaycanda da göyləri “inlədəcək”

72546

Dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalı olan TEKNOFEST Türkiyədən kənarda, ilk dəfə Azərbaycanda beynəlxalq səviyyədə keçirilir.  

Bizim.Media xəbər verir ki, 26-29 may tarixləri arasında Bakı Kristal Zalı və Xəzər dənizi sahilindəki Milli Parkda keçiriləcək TEKNOFEST-ə hazırlıqlar davam edir. 

Türkiyə Texnologiya Komandası Vəqfi, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən həyata keçirilən festivalda peşəkarlardan və könüllülərdən ibarət çox böyük bir heyət intensiv şəkildə işini davam etdirir.  

Türkiyə Texnologiya Komandası Vəqfinin direktoru və TEKNOFEST-in baş katibi Ömer Kökçam

Bizim.Media-ya açıqlamasında bildirib ki, festivalın Azərbaycanda keçirilməsindən qürur duyuruq. 

“Dörd il ərzində gənclərimizin rekordlarına və möhtəşəm nailiyyətlərinə şahid olduğumuz TEKNOFEST-in beşinci ilində biz də qardaş, dost ölkə Azərbaycanda olacağıq. Beynəlxalq arenada keçiriləcək ilk festivalımız üçün də çox həyəcanlıyıq. Qardaş ölkəmizi, azərbaycanlı qardaşlarımızı TEKNOFEST ilə bir araya gətirməkdən qürur duyuruq. İnanıram ki, TEKNOFEST tufanı bizdə olduğu kimi Azərbaycanda da göyləri “inlədəcək”.

Gələcəyin ulduzları olan TEKNOFEST Azərbaycanın təşkil etdiyi texnologiya yarışlarında gənclər böyük uğurlar nümayiş etdirəcəklər.

Ümid edirəm ki, iki ölkə arasında dostluq və qardaşlığı daha da gücləndirəcəyinə inandığımız TEKNOFEST festivalımız Azərbaycan üçün xeyirli olacaq”, - deyə Ö.Kökçam bildirib. 

Qeyd edək ki, TEKNOFEST Bakı səmasında Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin möhtəşəm nümayiş uçuşları, Türkiyə və Azərbaycanın dövlət və özəl şirkətlərinin innovativ məhsulları ilə dolu xüsusi sərgi sahələri, nəfəs kəsən şoular, mükafatlandırma mərasimləri, konsertlər və unudulmaz festivala hazırlaşır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO