Bütün diqqətlər İspaniyada: Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

Bütün diqqətlər İspaniyada: Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

Hazırda oxunan: Bütün diqqətlər İspaniyada: Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

72487

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.

Bizim.Media xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Vilyarreal" İspaniyada İngiltərə "Liverpul"unu qəbul edəcək. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanıb.

"Estadio de la Keramika" stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edəcək. Görüş öncəsi qonaqların heyətində itki yoxdur. Meydan sahiblərində isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.

23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə)

 

Baş hakim: Danni Makkeli (Niderland)

 

Vilyarreal, "Estadio de la Keramika" stadionu

 

Qeyd edək ki, digər yarımfinal matçı mayın 4-də "Real Madrid" (İspaniya) və "Mançester Siti" (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO