"Bakı-Quba-Rusiya magistral yolu əsaslı təmir olunacaq" – AYDA 

Hazırda oxunan: "Bakı-Quba-Rusiya magistral yolu əsaslı təmir olunacaq" – AYDA 

72030

Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda əsaslı təmir-bərpa işlərinə başlayır. 

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. 

Bildirilir ki, təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. 
"Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək. Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq", - AYDA-dan bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO