Azərbaycanlı qadınları Türkiyəyə apararaq onları cinsi istismara məruz qoyan 67 yaşlı şəxs həbs edilib.
Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir müddət əvvəl Qəbələ rayon sakini olan 2 qadın hüquq-mühafizə orqanlarına müraciət edərək, digər rayon sakini olan 1955-ci il təvəllüdlü Q.Qədirovanın onları aldadaraq Türkiyəyə apardığını və orada cinsi istismara məruz qoyduğunu bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri (İnsan alveri - iki və ya daha çox şəxs barəsində törədildikdə; təkrar törədildikdə; dövlət sərhədindən keçirməklə törədildikdə) ilə iş açılıb.
İşə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Q.Qədirova qeyd edilən cinayətlərdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:28 / 28.04.2022
İnsan alveri ilə məşğul olan 67 yaşlı qadına ağır cəza verildi
Hazırda oxunan: İnsan alveri ilə məşğul olan 67 yaşlı qadına ağır cəza verildi
Hazırda oxunan: İnsan alveri ilə məşğul olan 67 yaşlı qadına ağır cəza verildi
71865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.