Azərbaycan Respublikasında hakimiyyətin qanunverici qolunu təmsil edən Milli Məclis hal-hazırda VI çağırış deputatları ilə fəaliyyətini davam etdirir.
Belə ki, 2020-ci ilin fevralında keçirilən seçkilərdə 4 dairə üzrə nəticələr ləğv olunduğu üçün, VI çağırış öz işinə 121 parlamentari ilə start verib. Lakin sonradan bir millət vəkili (Fəttah Heydərov) dünyasını dəyişib, 2 nəfər isə mandatını itirib. Və beləliklə, hal-hazırda Milli Məclisdə 118 deputat təmsil olunur.
Bizim.Media-nın araşdırmasına görə, Azərbaycan parlamentinin deputatlarının orta yaş həddi 54,97-ə bərabərdir.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
Milli Məclisin komitələri üzrə orta yaş isə bu cürdür:
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi - 51,43 yaş
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - 56,71 yaş
İnsan hüquqları komitəsi – 50 yaş
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi – 55 yaş
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – 57,13 yaş
Aqrar siyasət komitəsi – 59,7 yaş
Əmək və sosial siyasət komitəsi – 60,46 yaş
Səhiyyə komitəsi – 57,9 yaş
Ailə, qadın, uşaq məsələləri komitəsi – 52,9 yaş
Gənclər və idman komitəsi – 45,64 yaş
İctimai birliklər və dini qurumlar komitəsi – 56,6 yaş
Regional məsələlər komitəsi – 50,69 yaş
Elm və təhsil komitəsi - 59,43 yaş
Mədəniyyət komitəsi – 57,45 yaş
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - 53,56 yaş
Siyahıdan və adından da göründüyü kimi, parlamentin ən gənc komitəsi Gənclər və idman komitəsidir (45,64 yaş). Ən yaşlısı isə 60,46 yaşla Əmək və sosial siyasət komitəsidir.
Millət vəkilləri içərisində ən gənci 12 saylı Qaradağ-Binəqədi - Yasamal seçki dairəsindən seçilmiş Səbinə Xasayevadır. Parlamentin ən qocaman üzvü, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilmiş deputat Ziyad Səmədzadənin isə 82 yaşı iyunun 25-də tamam olacaq.
Bizim.Media