SOCAR-ın istiqrazlarına görə 2-ci kupon ödənişi bu tarixdə baş tutacaq

SOCAR-ın istiqrazlarına görə 2-ci kupon ödənişi bu tarixdə baş tutacaq

Hazırda oxunan: SOCAR-ın istiqrazlarına görə 2-ci kupon ödənişi bu tarixdə baş tutacaq

71488

Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarına görə 2-ci kupon ödənişi mayın 4-də - Ramazan bayramından sonra baş tutacaq.

Bu barədə Bizim.Media-ya SOCAR-dan bildirilib.

Məlumata görə, istiqraz sahiblərinə daha 1,125 milyon ABŞ dolları ödəniləcək və investorların ümumi gəliri 2,25 milyon dollara yüksələcək.
Qarşıda daha 18 kupon ödənişi və 20,25 milyon dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.

Xatırladaq ki, nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazın tədavül müddəti 5 il, illik gəlirliliyi isə 4,5%-dir. Faizlər rübdə bir dəfə ödənilir.

İstiqrazların dövriyyəyə buraxıldığı ilk 3 ay ərzində onlarla 17 milyon dollarlıq təkrar bazar əməliyyatı aparılıb, 100-dən çox əqd bağlanılıb, istiqrazlar "Bakı Fond Birjası" QSC-də ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilib, bu günə qədərki ən yüksək qiymət olan (1-ci SOCAR istiqrazları da daxil) 1 090 dollardan alqı–satqı əməliyyatları baş tutub.

Bütün bunlar isə SOCAR-ın yeni İstiqrazlarına olan yüksək tələbatın davam etməsindən xəbər verir.

İstiqraz sahibləri uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqrazlarını müvafiq bankda girov qoymaqla, 14–15%-lə manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 4,5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə düşür.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi bu il mayın 1-də baş tutmalı idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO