“Tarixin Bir Günü” şousunun aparıcısı, prodüser Tarix Əliyev (Tolik) aparıcı Afaq Gəncəlini onun verilişində müzakirəyə çıxartdığı mövzuları oğurlamaqda ittiham edib.
Bizim.Media xəbər verir ki, sosial media hesabında paylaşım edən Tarix "Səhər mərkəzi" verilişində qoyulan mövzuları onun şousundan götürdüyünü yazıb.
O, Afaqa və proqramın digər aparıcısı Tural Əsədova səslənərək, redaktorlarının oğurluq etdiyini bildirib:
"Heç kimin verilişindən mövzu götürüb qonaqlarıma sual vermirəm. Verilişim verilişindən, sponsorumuz sponsorlarından artıqdır. Qoşa-qoşa aparıcılardır, amma veriliş başdan ayağa "şparqalka"dan ibarətdir. Reytinqiniz kanallar arasında hamıya bəllidir. Canım Afaq, bilirsən ki, xətrin əzizdir. Amma "naftalin redaktor"una de ki, mən onun üçün o biriləri deyiləm.
Mənim verilişimdən çıxan xəbərlərlə öz verilişinizi doldurursunuzsa, redaktorunuzun canı çıxsın istinad etsin. Mənim mövzumu özününküləşdirəndə bax belə olur".
Qeyd edək ki, ötən həftə “Tarixin Bir Günü” şousunda qonaq olan Pərvin Abıyeva “TikTok”da 35 min dollar pul qazanıram” mövzusu ilə bağlı Tarix Əliyev öz verilişində müzakirəyə çıxardıb. Bundan sonra “Səhər Mərkəzi” eyni mövzu ilə başqa qonaqlarla söhbət aparıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:10 / 26.04.2022
Tolikdən Afaq Gəncəliyə oğurluq İTTİHAMI: "Naftalin redaktoru"na de ki..." - FOTO
Hazırda oxunan: Tolikdən Afaq Gəncəliyə oğurluq İTTİHAMI: "Naftalin redaktoru"na de ki..." - FOTO
Hazırda oxunan: Tolikdən Afaq Gəncəliyə oğurluq İTTİHAMI: "Naftalin redaktoru"na de ki..." - FOTO
71482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.