Milli Məclisdə Bəxtiyar Hacıyev məsələsi MÜZAKİRƏ OLUNDU: “Lazımi tədbirlər görüləcək” 

Milli Məclisdə Bəxtiyar Hacıyev məsələsi MÜZAKİRƏ OLUNDU: “Lazımi tədbirlər görüləcək” 

Hazırda oxunan: Milli Məclisdə Bəxtiyar Hacıyev məsələsi MÜZAKİRƏ OLUNDU: “Lazımi tədbirlər görüləcək” 

71476

“Bir neçə gündür ki, paytaxtda ictimai fəalın (söhbət Bəxtiyar Hacıyevdən gedir – Red) oğurlanması və işgəncə görməsi barədə iddialar gündəmi zəbt edib. Bu iddialar nə qədər mötəbərdir, nə qədər həqiqətə uyğundur onu aidiyyatı orqanlar müəyyən edəcək, amma kifayət qədər narahatlıq doğuran məsələdir. İddia edilən hal baş veribsə, təbii pisləyirik, amma polisin və dövlətin əsassız yerə hədəf göstərilməsi daha çox pislənməlidir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.  

Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir, ədalət-mühakimə sistemi isə ehtimallara yox, qanuna və sübutlara əsaslanır:   
 

MÖVZU İLƏ BAĞLI:

Zahid Oruc: “O dövlətlər Qarabağda sülhdən milyardlar qazanacaqlar”


“Hər kəs əmin ola bilər ki, fakt təsdiqlənəcəksə, bu cinayəti tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq üçün lazımi tədbirlər görüləcək. Amma indidən ehtimallar üzərində dayanıb, konkret bir sübuta əsaslanmadan prezidenti, dövləti, polisi hədəf göstərmək, ağır cinayətdə ittiham etmək özü-özlüyündə cinayət məsuliyyəti yaradır”.  

Millət vəkili əlavə edib ki, indi, hüquq müstəvisində proses davam edir, şəxsən Daxili İşlər Naziri səviyyəsində məsələyə reaksiya verilib, iş nəzarətdədir:  

“Bütün versiyalar araşdırılacaq, hansısa vəzifəli şəxsin özfəaliyyətindən, kimlərinsə “ayı xidməti” təşəbbüsündən tutmuş, şəxsin özünün əxlaqi davranışının nəticəsi olaraq kiminsə onu qanunsuz olaraq cəzalandırması ehtimalına qədər bütün aspektlər tək-tək yoxlanacaq. Bizim üçün önəmli olan insan amilidir,  mövqeyimiz də ondan ibarətdir ki, heç kim işgəncəyə, qəddar və ya qeyri-insani rəftar məruz qala bilməz və qalmamalıdır. Çünki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, təmin edilməsi dövlətin ali məqsədidir”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO