"Azəriqaz" rəhbəri Masallıda vətəndaşları qəbul etdi

Hazırda oxunan: "Azəriqaz" rəhbəri Masallıda vətəndaşları qəbul etdi

71405

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Masallı rayonunda vətəndaşlarla görüş keçirib.

Bizim.Media-nın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qəbulda Birlik rəhbəri ilə yanaşı, Lənkəran Regional qaz istismarı İdarəsinin (Lənkəran RQİİ), Masallı xidmət sahəsinin rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə Lənkəran RQİİ-nin xidmət sahələrindən olan vətəndaşların problem və təklifləri dinlənilib.

Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və digər məsələlərə toxunulub. 

"Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev qəbula üz tutan 50-dək vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli barədə Lənkəran Regional qaz istismarı İdarəsinin və Masallı xidmət sahəsinin struktur rəhbərlərinə müvafiq tapşırıq verib. 

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətləri xaricində olan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Bildirilir ki, bundan sonra da mütamadi olaraq ayrı-ayrı regionlarda vətəndaşlarla görüşlər keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO