Azərbaycanda kredit faizləri AŞAĞI SALINIR? – Mərkəzi Bankdan AÇIQLAMA

Azərbaycanda kredit faizləri AŞAĞI SALINIR? – Mərkəzi Bankdan AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda kredit faizləri AŞAĞI SALINIR? – Mərkəzi Bankdan AÇIQLAMA

71276

Azərbaycanda kredit faizlərinin aşağı salınması təklif olunur. Bəzi iqtisadçı və deputatlar kredit faizlərinin həddindən artıq yüksək olduğunu hesab edirlər. 

Maraqlıdır, Mərkəzi Bank faiz dərəcələrinin aşağı salınması ilə bağlı addım atmaq niyyətindədirmi?

Məsələ ilə bağlı Mərkəzi Bank Bizim.Media-nın sorğusunu cavablandırıb. Bankdan bildirilib ki, son 3-4 ildə monetar siyasət həm dəyər baxımından, həm də kəmiyyətcə əhəmiyyətli dərəcədə yumşaldılıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bankın artan dollarları devalvasiya riskini azaldıbmı? – Ekspert RƏYİ


“2018-ci ilin əvvəlində uçot dərəcəsi 15% olduğu halda, hazırda 7.75%-dir. Uçot dərəcəsinin azaldılması digər faizlərin də azalması ilə müşayiət olunur. Son 4 ildə iqtisadiyyatın monetizasiyası da əhəmiyyətli dərəcədə artıb. 2018-ci ilin əvvəlindən bu günədək pul bazası 65%-dən çox artıb. Mərkəzi Bank son illər, o cümlədən pandemiya şəraitində iqtisadiyyata zəruri likvidlik dəstəyi verib”.

Mərkəzi Bankdan o da qeyd olunub ki, 2021-ci ilin ortalarından başlayaraq ölkədə inflyasiya təzyiqlərinə cavab olaraq bank 5 mərhələdə uçot dərəcəsini 6.25%-dən 7.75%-ə artırıb”.

Bəs, ölkənin pul-kredit sistemində hər hansı dəyişiklikər gözlənilirmi?

Bu sorğumuza cavab olaraq isə bildirilib ki, qlobal inflyasiya meyillərinin gücləndiyi bir şəraitdə Mərkəzi Bank inflyasiyanın azaldılmasına yönəldilmiş pul siyasətini davam etdirəcək:

“Məqsədimiz inflyasiyanı hədəf daxilinə qaytarmaqdan ibarətdir. Hökumətin anti-inflyasiya proqramı çərçivəsində həyata keçirilən tədbirləri də inflyasiyanın azaldılmasına dəstək olacaq. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında sabitlik və məzənnənin sabit olması inflyasiyanın azaldılmasında mühüm rol oynayacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO