ABŞ Müdafiə Nazirliyi İranın hücum təhlükəsinə qarşı “USS Nimitz” təyyarədaşıyan gəmisini İran körfəzindən geri çəkib.
Penatgondan verilən açıqlamada İran körfəzində xidmət müddəti 10 ay sonra başa çatmalı olan “USS Nimitz”-ın vaxtınddan əvvəl ABŞ- geri qaytarılması haqqında məlumat verilib.
“USS Nimitz” Somalidəki ABŞ əsgərlərinı yardım fəaliyyətini icra edir, Əfqanıstandakı ABŞ ərgərləsinin geri çəkilmə prosesinə də hava dəstəyi təmin edirdi. 5 minlik hərbi personala ev sahibliyi edən “USS Nimitz” İraq və strateji önəmə malik bir sıra boğazlardakı hərbi əməliyyatlara da qatılmışdı.
ABŞ Müdafiə Nazirliyi “USS Nimitz”-in geri çağrılma səbəbləri haqqında məlumat verilməyib. Lakin səlahiyyətli şəxslərin verdiyi məlumata əsasaən ABŞ İranın hücum təhlükəsindən narahat olduğu qeyd olunub. Belə ki, bir il əvvəl 3 dekabrda ABŞ İraq ərazisində İran İnqilab Keşikçilərinin “Qds korpusun” rəhbəri general Qasım Süleymanini hava zərbəsi ilə öldürmüşdü.
İranın Qasım Süleymaninin ölüm il dönümündə cavab zərbəsi endirəcəyindən şübhələndiklərini qeyd edilir.
Hazırda İran körfəzində ABŞ Hərbi donanmasına məxsus sualtı qayıqlar, nüvə silahı potensialına malik strateji bombardmançılar və ikinci bir təyyarədaşıyan gəmi mövcuddur. Daha çox hərbi obyektin bölgədə olması isə İran üçün açıq hədəflərin sayını daha da artırmış olur. ABŞ məhz bu səbəblə ən böyük təyyarədaşıyan gəmilərindən olan “USS Nimitz”-i bölgədən geri çəkməyə qərar verib.
Analitiklər baş verənləri ABŞ-in əlində İranın fəaliyyəti ilə bağlı ciddi kəşfiyyat məlumatları olmasından xəbər verdiyini qeyd edirlər.
Qasım Süleymanının ölüm il dönümündə İranın bölgədə ABŞ-a qarşı ciddi hücumlar həyata keçirəcəyindən ehtiyyat edilir. Xüsusilə son aylarda İran körfəzində ABŞ və İsrailin hərbi potensialını ciddi artırdığı düşünülərsə, hər hansı hücumun regional konfliktə çevrilməsi ehtimalı olduqca böyükdür. Lakin İranın birbaşa ABŞ gəmilərini hədəf almaq əvəzinə İraqdakı ABŞ səfirliyi və ABŞ-ın marağında olan ərazilərə hücumlar həyata keçiriləcəyi ehtimalı daha real görünür.
Digər tərəfdən ABŞ və İsrailin bölgədə artan hərbi gücü İrana önləyici zərbənin endirilməsi üçün istifadə olunacğına dair iddialar var.
İrana qarşı hərbi gücdən istifadəyə yaşıl işıq yandıran Donald Tramp prezidetliyinin son günlərində İsraillə birgə İranın strateji hədəflərinə qarşı hücumlar həyata keçirəcəyi istisna olunmur.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:10 / 01.01.2021
ABŞ Müdafiə Nazirliyi: “Bir neçə günə İran hücum edə bilər”
Hazırda oxunan: ABŞ Müdafiə Nazirliyi: “Bir neçə günə İran hücum edə bilər”
Hazırda oxunan: ABŞ Müdafiə Nazirliyi: “Bir neçə günə İran hücum edə bilər”
7084
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.