“Hesab edirəm ki, Ukraynadakı xüsusi hərbi əməliyyat yeni mərhələyə qədəm qoyub. Tək ukraynalılar yetərli deyil, artıq NATO ölkələrindən alınacaq silahlardan danışırlar”.
Bizim.Media xəbər verir ki, bu barədə rus jurnalist Vladimir Solovyov “Rossia 1” kanalının canlı efirində bildirib.
“Biz müharibədə təkcə NATO silahlarını deyil, həm də əsgərlərini görəcəyik. Aydındır ki, biz indi Ukraynada de-fakto NATO ölkələri ilə döyüşməyə başlayırıq. Biz NATO-nun hərbi texnikalarını məhv edəcəyik və bu, NATO ölkələrindəki mülki insanların başına gələcək” – deyə Solovyov qeyd edib.
Onun sözlərinə görə, bütün bunlar bitdikdə NATO özündən müdafiə edə biləcəkləri bir şeyin olub-olmadığını soruşmalı olacaq:
“Özümüzü müdafiə etmək üçün kifayət qədər silah və insanımız olacaqmı?”...Mərhəmət göstərilməyəcək “.
Bizim.Media
- A-
- A
- A+
Region
10:50 / 21.04.2022
Solovyov: \"Biz indi Ukraynada de-fakto NATO ölkələri ilə döyüşməyə başlayırıq\" - VİDEO
Hazırda oxunan: Solovyov: \"Biz indi Ukraynada de-fakto NATO ölkələri ilə döyüşməyə başlayırıq\" - VİDEO
Hazırda oxunan: Solovyov: \"Biz indi Ukraynada de-fakto NATO ölkələri ilə döyüşməyə başlayırıq\" - VİDEO
70715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.