Söndürülmüş “Qaynar xətt”lər – MƏMURLAR KİMİ ALDADIR?

Söndürülmüş “Qaynar xətt”lər – MƏMURLAR KİMİ ALDADIR?

Hazırda oxunan: Söndürülmüş “Qaynar xətt”lər – MƏMURLAR KİMİ ALDADIR?

7031

Azərbaycanda vətəndaşlarla daha rahat və çevik formada əlaqə saxlamaq, yaranmış problemlərlə bağlı onları maraqlandıran sualları dərhal cavablandırmaq məqsədilə dövlət orqanlarında “Qaynar xətt”lər fəaliyyət göstərir.

Vətəndaşlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurumlara verilən qısa nömrələrə zəng vuraraq müraciət edirlər.

Ancaq çox zaman o xəttlərin əksəriyyəti cavab vermir, ya da müştərini dəqiqələrlə gözlədirlər. Bu da vətəndaşı hövsələdən çıxarır və həmin dövlət qurumuna qarşı narazılıq yaradır.

Bizim.Media olaraq problemli “Qaynar xətt”lərlə bağlı qısa araşdırma apardıq.

İlk zəng etdiyimiz xətt Səhiyyə Nazirliyinin 9103 nömrəsi oldu. Davamlı olaraq bir neçə dəfə zəng etsək də cavab verən olmadı.

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə məxsus 012 539 7675 nömrəsi isə avto xidmətə qoşulmuşdu.

“Azərsu” ASC-nin 955 “Qaynar xətt”i 5 dəqiqə bizi xətdə gözlətməli oldu.

Əmanətlərin Sığortalanması Fondunun 941 nömrəsi də daima məşğul olduğundan əlaqə qura bilmədik.

Müəllif hüquqlarının qorunması agentliyinin 960 nömrəsinə də cavab verən olmadı.

“Azəriqaz”, “Azərişıq”-da da eyni vəziyyəti yaşadıq. Bunların sıralanması hüdudsuzdur. Görünən odur ki, “Qaynar xətt” sadəcə olaraq bəzi təşkilatlardan ötrü sadəcə, görüntüdür, trenddin bir aksesuarı deyək. Amma ondan istifadə trendi isə heç kimi maraqlandırmır.

Zəngə cavab verən SSRİ-dən qalma Yanğın söndürənlər 101, DİN-102, Təcili yardım – 103, əlavə olaraq Vergilər Nazirliyinin 195 və ASAN Xidmətin 108 xətləridir.

Arasında bəzi təşkilatları unudub qeyd etməyə bilərik, amma bu olsun beş faiz. Amma dərhal da hamı özünü bu beş faizə aid etməsin, vəziyyət bu sahədə çox acınacaqlıdır.

Pandemiya və onun yaratdığı bundan sonrakı gerçəklik bu işləri, məsafədən təmas və problemlərin çevik həllini vacib edir. Görünən odur ki, bəzi idarə və müəssisələr yeni çağırışlara hazır deyillər.

Bəs bunun çıxış yolu nədir? Fikrimizcə, hər bir idarə, müəsisə və qurum fəaliyyətlərində şəffaflığa üstünlük verməlidirlər.

Təəssüf ki, ölkəmizdə bu xidmətlərə xüsusi nəzarət orqanı yoxdur. Bu gedişlə hələ uzun müddət “Qaynar xətt” sönük xətt kimi qalacaq.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO