“Mariupol ələ keçirilsə, Ukrayna Rusiya ilə danışıqlardan geri çəkiləcək” – Arestoviç

“Mariupol ələ keçirilsə, Ukrayna Rusiya ilə danışıqlardan geri çəkiləcək” – Arestoviç

Hazırda oxunan: “Mariupol ələ keçirilsə, Ukrayna Rusiya ilə danışıqlardan geri çəkiləcək” – Arestoviç

70243

Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Mariupolun rus qoşunları tərəfindən tutulacağı təqdirdə Ukraynanın necə hərəkət edəcəyini deyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı RBK-Ukrayna nəşri yayıb. 

Onun sözlərinə görə, bu halda Ukrayna danışıqlardan çəkilərək sərt mübarizəyə başlayacaq.

“Əsas məqsədləri milli batalyonlarımızı məğlub etməkdir. Biz artıq Mariupolu tamamilə geri almaq istəyirik. Prezident Zelenski bu gün bildirib ki, Mariupolun müdafiəçiləri ölərsə, Ukrayna danışıqlardan geri çəkiləcək. Yəni, son rus əsgəri bizim torpağımızda ölənə qədər məhv edəcəyik. Bu, tamam başqa məsələdir, artıq şərtləri diktə edən Ukraynadır”, - Arestoviç bildirib.

O, əlavə edib ki, Rusiyada siyasi vəziyyət gərginləşir.

“Cavab verəcək heç bir şeyləri yoxdur, onları böhran və dəhşətli siyasi fəlakət gözləyir. Bu vəziyyətdən necə çıxacaqlarını bilmirlər”, - deyə Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO