Rihanna ilə sevgilisi AYRILMAYIB – Xəyanət iddiaları yalan çıxdı

Rihanna ilə sevgilisi AYRILMAYIB – Xəyanət iddiaları yalan çıxdı

Hazırda oxunan: Rihanna ilə sevgilisi AYRILMAYIB – Xəyanət iddiaları yalan çıxdı

69931

Ötən gün qərb ictimaiyyətinin hamilə Rihanna ilə Asap Rokinin ayrıldığı barədə yazdığı xəbər yalan çıxıb. İddialara görə, repçi "qarnı burnunda" sevgilisini dizayner Əminə Muaddi ilə (Ririnin geyindiyi ayaqqabılarının dizayneri) aldadıb.     

Bizim.Media xəbər verir ki, Ə.Muradi yaşanan qalmaqallı olayın ardından sosial media hesabında ittihamlara cavab verib.   

Dizayner yayılan xəbərlərin iftira olduğunu və həqiqiəti əks etdirmədiyini bildirib:  

“Mən həmişə hesab etmişəm ki, sosial şəbəkələrdə yayılan əsassız yalanlar heç bir cavab və ya izahata layiq deyil, xüsusən də bu cür alçaq yalanlar. İlk vaxtlar elə bildim ki, bu cür bəd niyyətlə uydurulmuş bu saxta qeybət ciddi qəbul edilməyəcək.

Bununla belə, son 24 saatda xatırladım ki, biz məlumatın dəqiqliyindən əmin olmadan haqqında danışmağa tələsik bir cəmiyyətdə yaşayırıq və bunun heç bir sərhədi yoxdur.  
Həyatın ən gözəl və şərəfli anlarında (Rihannanın hamiləliyini nəzərdə tutur - Red) olduğuna görə də danışmaq məcburiyyətində qaldım, çünki bu yalan təkcə mənə deyil, həm də çox hörmət və məhəbbət bəslədiyim insanlarla bağlıdır. Rihanna sakit yaşamağa davam edir, hamiləlik dövründə çox yaxşı geyinir, həyatıma qayıdıram - hər kəsə gözəl Pasxa həftəsonu arzulayıram!”. 

Qeyd edək ki, cütlüyün bir neçə həftə əvvəl nişanlanması xəbəri yayılıb. Buna sübut olaraq, paparassilərin Rihannanın barmağındakı nişan üzüyünü görüntüləməsi olub.    

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO