UEFA Çempionlar Liqası: İspaniyanın 2 klubu yarımfinala yüksəldi - FOTO

UEFA Çempionlar Liqası: İspaniyanın 2 klubu yarımfinala yüksəldi - FOTO

Hazırda oxunan: UEFA Çempionlar Liqası: İspaniyanın 2 klubu yarımfinala yüksəldi - FOTO

69355

Aprelin 12-də futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində daha bir cavab görüşü başa çatıb.

Bizim.Media xəbər verir ki, yarımfinalın ikinci iştirakçısı bəlli olub. Belə ki, "Real Madrid" evdə turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubuna 2:3 hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.

Oyuna istədiyi kimi başlaya bilməyən "kral klubu" 15-ci dəqiqədə Meyson Mauntun vurduğu qolla məğlub duruma düşüb. Oyunun 51-ci dəqiqəsində Antonio Rüdiger hesab arasındakı fərqi artırıb. Matçın 67-ci dəqiqəsində Markos Alonso meydan sahiblərini 3-cü dəfə məyus etsə də, VAR-ın müdaxiləsindən sonra topun ələ dəydiyi məlum olub və qol ləğv edilib. Buna baxmayaraq, qonaqlar 75-ci dəqiqədə 3-cü topu Madrid təmsilçisinin qapısından keçiriblər. "Çelsi"nin heyətində Timo Verner fərqlənib. Qarşılaşmanın 80-ci dəqiqəsində Rodriqo buraxılan toplardan birinin əvəzini çıxıb və oyunu əlavə vaxta daşıyıb. Matçın 96-cı dəqiqəsində meydana çıxan Kərim Benzema isə komandasını yarımfinala yüksəldən qola imza atıb. "Real Madrid"in finala gedən yolda rəqibi "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) görüşünün qalibi olacaq.

Daha əvvəl İspaniyanın digər təmsilçisi "Vilyarreal" növbəti mərhələyə adlayıb.

İlk oyunda doğma azarkeşlər önündə Almaniya "Bavariya"sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşündə 1:1 hesablı heç-heçəyə nail olub. Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər. Bu nəticə ilə "Vilyarreal" yarımfinala vəsiqə qazanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO