Almaniya 68 Azərbaycan vətəndaşına sığınacaq vermədi

Almaniya 68 Azərbaycan vətəndaşına sığınacaq vermədi

Hazırda oxunan: Almaniya 68 Azərbaycan vətəndaşına sığınacaq vermədi

69249

2022-ci ilin ilk üç ayında Azərbaycan Respublikası vətəndaşları tərəfindən Almaniya miqasiya orqanlarına 267 sığınacaq ərizəsi daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər. 

Məlumatda deyilir ki, sığınacaq müraciətlərindən 185-i ilk dəfə, 82-i isə ikinci və üçüncü dəfə olan müraciətlər olublar. 

“Bu ilin ilk üç ayında Azərbaycan Respublikası vətəndaşları ilə bağlı ümumilikdə 213 qərar qəbul edilib. Sığınacaq müraciətlərinin yalnız 12,2 %-nə müsbət cavab verilib. 68 iş üzrə mənfi qərar çıxarılıb, 119 işə digər prosedurlar səbəbindən baxılmayıb”, - deyə, BAMF-dan bildirilib. 
Federal idarənin son statistik məlumatına görə, ötən ay federal idarəyə ümumilikdə 51 589 sığınacaq ərizəsi daxil olub.(Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO