Qazaxda “TIR” aşdı - Türkiyə vətəndaşı xəstəxanalıq oldu

Qazaxda “TIR” aşdı - Türkiyə vətəndaşı xəstəxanalıq oldu

Hazırda oxunan: Qazaxda “TIR” aşdı - Türkiyə vətəndaşı xəstəxanalıq oldu

68881

Qazaxda avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayonun Yuxarı Salahlı kəndindən keçən hissəsində hərəkətdə olan “Mercedes” markalı "TIR" yük maşınının sürücüsü idarəetməni itirib. 

Nəticədə yük avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Türkiyə vətəndaşı Jokan Oskan müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin ilkin yardım göstərməsindən sonra sürücünün vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO