Ötən sutka 26 yanğın olub, 5 nəfər xilas edilib 

Ötən sutka 26 yanğın olub, 5 nəfər xilas edilib 

Hazırda oxunan: Ötən sutka 26 yanğın olub, 5 nəfər xilas edilib 

68786

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda kömürlə dolu yük maşını yandı


Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər, o cümlədən Bakı şəhərinin Xəzər rayonu ərazisində özünü dənizə ataraq intihara cəhd edən 1 nəfər xilas olunub, 1 nəfər yanıq xəsarəti alıb.

Həmçinin, Bakı şəhərinin Nərimanov və Suraxanı rayonlarında 2 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO