Vasifdən qadın ifaçıya SƏRT SÖZLƏR – “Hara aparıb pulunu verməmişəm?”

Vasifdən qadın ifaçıya SƏRT SÖZLƏR – “Hara aparıb pulunu verməmişəm?”

Hazırda oxunan: Vasifdən qadın ifaçıya SƏRT SÖZLƏR – “Hara aparıb pulunu verməmişəm?”

68685

Müğənni Şəbnəm Qəhrəmanova efirdə onu təhqir edən Əməkdar artist Vasif Məhərrəmliyə cavab verib.   

Bizim.Media OLAY-a istinadən yazır ki, sənətçi bu barədə İnstaqramda yazıb:   

“Vasif bəyə həmişə məndən böyük bir sənətçi kimi hörmətim olub. Dəfələrlə eyni masada əyləşib, çörək də kəsmişik.

İndi sual verir ki, uşağımın atası kimdir? Halbuki masalarda övladımın atasıyla bir əyləşib. Kim olduğunu da çox gözəl bilir.   

Deyir ki, yaş məsələsinə görə, mənə “xəsis” deməzdi, bu hadisə illər öncə olub, mən orda çörək kəsdiyim adamın adını zarafatla çəkmişəm və bir yaxınım kimi ərk etmişəm. Efirdə özünü elə aparır ki, guya məni tanımır, mənim haqda məlumatı işçilərinə tapşırıb ki, onlar araşdırsın.

"Xəsis"lik mövzusunu elə şişirdir ki, sanki bu söz təhqirdir. Vasif bəy də mənim kimi məsələyə yumoristik yanaşsa, üzüyünün qaşı tökülməzdi.   

Orada deyir ki, "Şəbnəmi hara aparıb pulunu verməmişəm?". Necə çirkin, bir azərbaycanlı bəyə, məndən böyüyə yaraşmayan fikirlərdir. Halbuki mən heç kimin şəxsiyyətini təhqir etməmişəm. Ancaq bu adam məni efirdən, milyonların qarşısında təhqir edir.   

Öz ayaqlarımın üstündə duran, zəhmət çəkən, övladımın gələcəyi üçün çalışan bir xanımam. İndiyədək heç kimə pisliyim dəyməyib, bir qarışqanı belə incitməyə qıymamışam. Sakitcə öz işimlə, sənətimlə məşğulam.
Yaxşı, pis işlərimi təqdim edirəm. Etdiyim heç bir hərəkətdən də peşman deyiləm. Səhvlərim olubsa da, bu, Allahla mənim aramdadır.   

Son olaraq, xəsis olmaq ayıb deyil, bir çörək kəsdiyin insanın xanımına dil uzatmaq ayıbdır. Mən xəsis olmağı seçərdim, Vasif bəy, çünki ikincisi daha ağırdır!”.   

Qeyd edək ki, Əməkdar artist Vasif Məhərrəmli onun “xəsis” olduğunu iddia edən Şəbnəm Qəhrəmanovanın ünvanına “10-da görüşək” verilişində “O sözü lağ edərək zarafatyana dedi.

Ciddi bir şəkildə “ən xəsis müğənni Vasif Məhərrəmlidir”,- bildirsəydi, bu barədə düşünərdim. Çox üzr istəyirəm! Fikirləşərdim ki, bu xanımı nə vaxt harasa aparıb pulunu verməmişəm.
Eşitdim ki, o xanım heç ailə qurmayıb. Sual yaranır ki, ailə qurmamısan, toy etməmisən. Mən sənə deyirəm ki, uşağının atası kimdir? Ondan soruşuram! Kimdir sənin uşağının atası?” sözlərini söyləmişdi.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO