“Müharibənin aktiv fazası aprelin ortalarına qədər başa çatmalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “1+1” telekanalına müsahibəsində Ukrayna prezident aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç səsləndirib.
“Bu tarixə qədər sülh razılaşması olmasa, partizan müharibəsi başlayacaq”, deyə o, qeyd edib.
“İndi onlar Mariupolu ələ keçirməyə və Silahlı Qüvvələrimizin məsuliyyət zonasında intriqa yaratmağa çalışırlar. Bu, o deməkdir ki, yaxın həftələrdə onlar Uzaq Şərqdən qalan bölmələri bura gətirəcəklər, sonra isə ya sülh müqaviləsi ilə razılaşacaqlar, ya da davam edəcəklər”, deyə müşavir vurğulayıb.
O, aktiv mərhələnin aprelin ortalarına qədər başa çatacağını bildirib:
“Sonra isə partizan hərəkatı başlayacaq və bir-bir onların qoşunlarını məhv edəcəyik”.
Arestoviç hazırda Ukraynanın iki seçiminin olduğunu deyib: “Ya itkilər bahasına onları tamamilə zərərsizləşdiririk, ya da sülh müqaviləsi bağlayırıq və həyatlarını xilas edirik”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:15 / 05.04.2022
Arestoviç: “Müharibə bu müddətdə bitməsə, partizan hərəkatına başlayacağıq” - VİDEO
Hazırda oxunan: Arestoviç: “Müharibə bu müddətdə bitməsə, partizan hərəkatına başlayacağıq” - VİDEO
Hazırda oxunan: Arestoviç: “Müharibə bu müddətdə bitməsə, partizan hərəkatına başlayacağıq” - VİDEO
68176
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.