“Tvitter”in səhmlərini alan İlon Mask istifadəçilərinə SUAL verdi: “Redaktə düyməsi istəyirsinizmi?”

“Tvitter”in səhmlərini alan İlon Mask istifadəçilərinə SUAL verdi: “Redaktə düyməsi istəyirsinizmi?”

Hazırda oxunan: “Tvitter”in səhmlərini alan İlon Mask istifadəçilərinə SUAL verdi: “Redaktə düyməsi istəyirsinizmi?”

68084

Amerikalı sahibkar, “SpaceX” və “Tesla” kompaniyalarının qurucusu, bu yaxınlarda həm də tviter kompaniyasının səhmdarı olan İlon Mask sosial şəbəkədə redaktə düyməsinin lazım olub-olmadığı ilə bağlı istifadəçilər arasında sorğu keçirib.

Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, İlon Mask özünün tviter hesabında istifadəçilərə belə bir sual ünvanlayıb: redaktə düyməsi istəyirsinizmi? 

Kompaniyanın Baş direktoru Paraq Aqraval da sorğunun nəticələrinin vacib olduğunu deyərək, istifadəçiləri cavab verərkən diqqətli olmağa çağırıb. 
Qeyd edək ki, İlon Mask bir müddət öncə ABŞ-ın Qiymətli Kağızlar Komissiyasına tviter kompaniyasında 9,2 faizlik paya sahib olduğu barədə məlumat verib.

2006-cı ildə təsis edilən “Twitter Inc” kompaniyası qısa mesaj mübadiləsi üçün nəzərdə tutulan eyni adlı sosial şəbəkənin sahibidir. Kompaniyanın qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO