"Azərbaycanın hakim korpusu 75 faiz yenilənib" – Ədliyyə Nazirliyi 

Hazırda oxunan: "Azərbaycanın hakim korpusu 75 faiz yenilənib" – Ədliyyə Nazirliyi 

68056

"Hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən şəffaf seçimi nəticəsində hakim korpusumuz 75 faiz yenilənib". 

Bizim.Media xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimetmə mərasimində deyib. 

"Onların sırasında gənclərin üstünlük təşkil etməsi, həmçinin gender bərabərliyi baxımından qadınların sayının xeyli artması bizi sevindirir. 

Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılması daim diqqətimizdə saxlanılaraq Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər istifadəyə verilmiş, onlar "Elektron məhkəmə" sistemi ilə təchiz olunmuşlar.
Yeri gəlmişkən, Azərbaycanda tətbiq edilən elektron məhkəmə sistemi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsində və şəffaflığın artırılmasında mühüm rol oynayır", - nazir vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO