Mingəçevirdə 15 nəfərin dəm qazından zəhərlənməsinin DETALLARI

Mingəçevirdə 15 nəfərin dəm qazından zəhərlənməsinin DETALLARI

Hazırda oxunan: Mingəçevirdə 15 nəfərin dəm qazından zəhərlənməsinin DETALLARI

67990

Ötən gün Mingəçevir şəhərində 15 nəfərin dəm qazından zəhərlənməsi abonentlərin səhvi səbəbindən baş verib.

Bu barədə Bizim.Media-ya açıqlamasında Tərtər Regional Qaz İstismar İdarəsinin Mingəçevir xidmət sahəsi üzrə Qəza Xidmət Dispetçer Xidmətinin rəisi İlqar Cəfərov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Mingəçevirdə zəhərlənənlərin adları açıqlandı - SİYAHI


Onun sözlərinə gərə, zəhərlənmə qeydə alınan evlərdə aparılan araşdırmalar zamanı məlum olub ki, bəzi vətəndaşlar quraşdırılmış qurğulardan çıxan tüstülərinin bayıra ötürülməsi üçün boruları nəfəsliklərə qoşublar.

Bu da həmin ailələrdə olmasa da, qonşuların zəhərlənməsinə səbəb olub. 

“Abonentlər tüstü bacalarından düzgün istifadə etmirlər. Tüstü bacaları təmir olunmadığına və təmizlənmədiyinə görə, tutumlu su qızdırıcıları, axımlı su qızdırıcılarının tüstüləri rahat çıxmır. Dünən 8, bu gün isə 7 ünvana baxış keçirilib. Həmin ünvanlarda əhali tüstü bacaları əvəzinə axımlı su qızdırıcılarının tüstü çıxışını nəfəsliyə qoşublar. Bu da tikinti normalarına, qaz istismar və yanğın təhlükəsizlik qaydalarına ziddir”.

Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO