Qazdan istifadə qaydaları dəyişdi - ƏRİZƏ TƏQDİM EDİLMƏLİDİR

Qazdan istifadə qaydaları dəyişdi - ƏRİZƏ TƏQDİM EDİLMƏLİDİR

Hazırda oxunan: Qazdan istifadə qaydaları dəyişdi - ƏRİZƏ TƏQDİM EDİLMƏLİDİR

67983

Azərbaycanda “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Yeni qərara görə, qaz qurğularına texniki baxış üçün tələb olunan sənədlərin siyahısı genişləndirilib.

Belə ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi sənədlərlə yanaşı ərizə də təqdim edilməlidir.

Bundan əlavə, həmin qaydalar edilən əlavəyə görə, Enerji Məsələləri Tənzimlənmə Agentliyinə sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından istifadə etmək səlahiyyəti verilib.
Bu mümkün olmadığı halda, həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO