Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kiyev yaxınlığındakı Buça şəhərində həlak olan mülki vətəndaşları əks etdirən foto və videolar “daha bir təxribatdır”.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Zvezda telekanalı yayıb.
“Buça qəsəbəsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin nəzarətində olduğu müddətdə heç bir yerli sakin zorakılıq hərəkətindən əziyyət çəkməyib”, - deyə mənbə qeyd edib.
Rusiya Müdafiə Nazirliyi, həmçinin Buça materiallarının rus hərbçilərinin şəhəri tərk etməsindən 4 gün sonra ortaya çıxdığının müəmmalı olduğunu deyib.
“Vurğulamaq istərdik ki, Rusiya və Ukrayna arasında Türkiyədə üzbəüz danışıqların ertəsi günü, martın 30-da bütün rus bölmələri Buçanı tamamilə tərk edib. Onsuz da Buça şəhərindən çıxışlar bağlanmamışdı. Bütün yerli sakinlərin qəsəbəni şimal istiqamətində, o cümlədən Belarus Respublikasına sərbəst tərk etmək imkanı var idi”, - deyə Rusiya Müdafiə Nazirliyi vurğulayıb.
Bizim.Media