ABŞ-dan Ermənistanı şoka salan qərar – Vaşinqton Qarabağın Azərbaycan olduğunu bir daha TƏSDİQLƏDİ 

ABŞ-dan Ermənistanı şoka salan qərar – Vaşinqton Qarabağın Azərbaycan olduğunu bir daha TƏSDİQLƏDİ 

Hazırda oxunan: ABŞ-dan Ermənistanı şoka salan qərar – Vaşinqton Qarabağın Azərbaycan olduğunu bir daha TƏSDİQLƏDİ 

67647

Bildiyimiz kimi, ABŞ Konqressi maliyyə ili büdcə tələbində Ermənistana 23,4 mln. dollar xaric yardım, Azərbaycana isə 164 mln. dollar vəsaitin ayrılacağını açıqlayıb. Bu hadisə ermənilərdə dəhşətli isterika yaradıb.

"Biz məyus olduq ki, prezident Baydenin illik büdcəsində Azərbaycana 164 milyon dollardan çox hərbi yardım, Ermənistana 24 milyon dollardan bir qədər çox olduğunu sənədləşdirən hökumət hesabatından sonra Artsaxa yardım üçün hər hansı konkret məbləğin daxil edilməməsi barədə məlumatlar var", - Amerika Erməni Milli Komitəsi (ANCA) rəhbəri Aram Ambaryan belə deyib.

Məsələnin ən canalıcı tərəfi isə Xankəndinə humanitar yardım adı altında beynəlxalq təşkilatlara heç bir iqtisadi yardım göstərilməməsidir. Belə görünür, nə vaxta kimi, Xankəndi ərazisində rus əsgərləri var, ABŞ oradakı qondarma quruma 1 dollar belə ayırmayacaq. Həm də ABŞ-ın bu addımı Qarabağın bütövlükdə Azərbaycan ərazisi kimi tanınması anlamına gətirir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanı şoka salan “SÜLH MÜQAVİLƏSİ”ndə hansı şərtlər var? – DETALLAR 


Əgər Vaşinqton gələcəkdə Qarabağdakı erməni əhaliyə yardım edəcəksə, bu ərazi məfhumu kimi deyil, sırf milli azlığın təkamülü üçün nəzərdə tutulacaq. Ekspertlərin fikirncə, hazırda İrəvana göndərilən bu yüngül mesaj növbəti illər üçün konkret maddələrlə arxası bərkidilə bilər.

Bizim.Media-ya məsələni şərh edən politoloq Tural İsmayılov bildirib ki, əslində indiyə qədər, ABŞ-ın ədalətsiz maliyyələşdirmə mexanizminə biz daha çox rast gəlirdik.

Bu günə qədər dəfələrlə Azərbaycan bu məsələlərə öz etirazını bildirmişdi:

“Torpaqlarımızın azad edilməsi fonunda Azərbaycanın işğaldan azad edilən torpaqlarda yenidənqurma işləri həyata keçirdiyini nəzərə almalıyıq. Yəqin ki, ABŞ da bizim Qarabağı yenidən dirçəltməyimiz və digər məsələləri nəzərə alaraq artıq hərbi yardım ayırmaq qərarına gəlib”.

Ekspert ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsindən də danışıb:

“Kaliforniyadakı erməni lobbisinin təsiri ilə Ermənistana haqsız maliyyə yardım və Azərbaycana ayrılan vəsaitdə qeyri-adekvat və bərabər olmayan addımlar atan ABŞ-ın 2023-cü il üçün Ermənistana yardımı ikiqat azaltması və Azərbaycana yardımı bundan beşqat daha çox ayırması ABŞ və Azərbaycan əməkdaşlığı üçün müstəsna rol oynayacaq”.
Xatırladaq ki, 2023-cü il Ermənistan üçün ayrılan büdcə vəsaitinin ikiqat azaldılması xəbəri, Ermənistanın qırıcı təyyarələrini Ukraynaya yola düşməsindən sonra xarici mətbuatda yayılıb.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO