Azərbaycan cüdoçusu Orxan Səfərov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, buna 66 kq-da yer alan idmançının zədələnməsi səbəb olub.
Villian Lima (Braziliya) ilə 1/4 final qarşılaşmasında zədə alan Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyəcək.
Qeyd edək ki, Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:19 / 01.04.2022
Cüdoçumuz bürünc medal görüşünə çıxmayacaq - SƏBƏB
Hazırda oxunan: Cüdoçumuz bürünc medal görüşünə çıxmayacaq - SƏBƏB
Hazırda oxunan: Cüdoçumuz bürünc medal görüşünə çıxmayacaq - SƏBƏB
67527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.