Maltada təlim-məşq toplanışında olan Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Latviya ilə üz-üzə gəlib.
Ta Qali şəhərindəki Milli Stadionda oynanılan qarşılaşma Azərbaycan seçməsinin minimal hesablı məğlubiyyəti ilə bitib - 0:1.
30-cü dəqiqədə Azərbaycan millisi azlıqda qalıb. Qara Qarayev qapıçı Səlahət Ağayevlə təkbətək qalan Vladislav Qutkovskini yıxıb. Maltalı baş hakim Trustin Farruca Kann “sonuncu ümid folu”na görə Qarayevə birbaşa qırmızı vərəqə göstərib.
90-cı dəqiqədə rəqibin heyətində Kaspar Dubra ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+1-ci dəqiqədə Filip Ozobiçin cərimə zərbəsindən sonra qapıçı qola mane olub.
Beləliklə, Azərbaycan yığması tarixində ilk dəfə Latviyaya uduzub. Komandalar arasında əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt seçməsi ilə heç-heçə edib - 1:1.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:02 / 29.03.2022
Azərbaycan millisi yenə uduzdu - Bu dəfə Latviyaya
Hazırda oxunan: Azərbaycan millisi yenə uduzdu - Bu dəfə Latviyaya
Hazırda oxunan: Azərbaycan millisi yenə uduzdu - Bu dəfə Latviyaya
66977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.