Manaf həbsdən çıxandan sonra Vasifi sildi - \

Manaf həbsdən çıxandan sonra Vasifi sildi - \"Adını çəkirəmsə...\"

Hazırda oxunan: Manaf həbsdən çıxandan sonra Vasifi sildi - \"Adını çəkirəmsə...\"

66911

Müğənni Manaf Ağayevlə Əməkdar artist Vasif Məhərrəmli arasındakı mübahisə daha da böyüyüb.

Bizim.Media xəbər verir ki, tərəflər bir-birini “Instagram” hesabında izləmədən çıxarıb.

Manafın izləmədən sildiyi digər bir ifaçı dostu isə Mətanət Əsədova olub.

Qeyd edək ki, M.Ağayev açıqlamasında Vasifdən küsdüyünü söyləyib.

"Səhər mərkəzi" verilişində Manafa "Güvəndiyim dağlar, sənə də qar yağarmış" atalar sözünü hansı sənət adamına şamil edəcəyi soruşulub və ona Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilib.
İfaçı isə cavabında “hamısına... Amma birinin adını çəkirəmsə Vasif Məhərrəmli" deyə cavab verib.

Xatırladaq ki,  Manaf Ağayev bir müddət əvvəl Füzuliyə qanunsuz səfər etməsi səbəbiylə 15 sutka həbs edilmişdi. Sənətçi başına gələn həmin hadisədən sonra bir çox sənət adamının onu məyus etdiyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO