Azərbaycanda yeni neft sazişi təsdiq ediləcək

Azərbaycanda yeni neft sazişi təsdiq ediləcək

Hazırda oxunan: Azərbaycanda yeni neft sazişi təsdiq ediləcək

66781

Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının yenidən işlənilməsinə başlanacağı planlaşdırılır.

Bizim.Media-nın xəbərinə görə, bununla bağlı parlamentə “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi daxil olub.

Sənəd sabah Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Buzovna-Maştağa yatağı Abşeron yarımadasının şimal-şərqində, Şərqi Abşeron neftli-qazlı rayonunda, Maştağa və Buzovna kəndlərinin arasında yerləşir. Yataq 588 hektar (7 km x 2 km) ərazini əhatə edir və braxiantiklinal quruluşludur. Sənaye əhəmiyyətli işlənməyə 1941-ci ildən başlanılıb. 

“Qala” (Köhnə Qala) neft yatağı Abşeron yarımadasının şərq hissəsində Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşir. Yatağın işlənməsinə başlanandan 2021-ci ilin yanvarın 1-i tarixinədək 1 517 quyu qazılıb, hazırda onlardan 73-ü istismar fondundadır. (Report)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO